Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri: “Parlamentin yaz sessiyası gərgin keçəcək”

Azərbaycan Milli Məclisinin sədri: “Parlamentin yaz sessiyası gərgin keçəcək”
# 01 fevral 2011 09:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. 2010-cu ilin payız sessiyasında Milli Məclisin 4 iclası keçirilib, 44 qanun və qərar qəbul edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyasının ilk iclasında spiker Oqtay Əsədov bildirib. O, yaz sessiyasının çox gərgin keçəcəyini vurğulayıb: “Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının hesabatları, bələdiyyələrlə bağlı hesabatlar dinləniləcək”.
Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəndən sonra müzakirələr başlayıb. Öncə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Milli Məclisinin AŞPA-dakı yeni tərkibdə nümayəndə heyətinin fəaliyyəti barədə danışıb. S. Seyidov Qarabağla bağlı AŞPA-da Alt Komitənin fəaliyyətinin bərpa olunmasını mühüm addımlardan biri kimi dəyərləndirib və alt komitənin aprel ayından fəaliyyətə başlayacağını bildirib.
Nümayəndə heyətinin rəhbəri AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisinin fəaliyyətini də tənqid edib: “Cənab Ştrasser dəfələrlə Azərbaycanda olub. Ona qarşı şəxs kimi münasibətimiz pis deyil. Amma Azərbaycanla bağlı qeyri-obyektiv məruzəçinin fəaliyyəti qəbul olunmazdır. Biz istərdik ki, məruzəçi digər ölkələrdə də siyasi məhbus axtarsın. Qonşu ölkələrdə baş verənləri görməmək, bunu yalnız Azərbaycana şamil etmək düzgün deyil”.
İclas davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR