Ziyafət Əsgərov: “Axı nə qədər bəzi səfirliklər Azərbaycanda agentura rolunu oynayacaq?”
Millət vəkili Azay Quliyev isə İranın Azərbaycanın daxili işlərinə qarışmasını sərt tənqid edib. O eyni zamanda Təbrizdən Ermənistana neft kəmərinin çəkilməsini, Ermənistanın bu ölkə tərəfindən dəstəklənməsinin işğalçı dövlətə açıq dəstək və havadarlıq olduğunu bəyan edib.
Millət vəkili Siyavuş Novruzov isə ATƏT-in seçkilərlə bağlı hesabatını, həmçinin müxalifət partiyaları və bir sıra QHT-lərin yaratdığı İctimai Palatanın fəaliyyətini tənqid edib: “İctimai Palata deyilən qurumlar bəzi yerlərdə təmizlik işləri ilə məşğul olur, bələdiyyələrə yardım edirlər. Amma siyasi fəaliyyətlə məşğul olmurlar». S. Novruzov Fazil Mustafanın hüquq müdafiəçisinin təltif olunması barədə təklifinə münasibət bildirib: “Fikirlərimi konkret adınızı çəkdiyiniz adama şamil etmirəm. ona şamil etmirəm. Amma bu hüquq müdafiəçilərinin fəaliyyətinin nəticəsidir ki, ölkəmiz haqqında belə fikirlər yaranır. Onlar hansısa bir müəllimi və ya həkimin hüquqlarını müdafiə ediblərmi?”
Spiker Oqtay Əsədov isə deyib ki, AŞ PA-da Azərbaycandan daha çox iştirak edən siyasi partiya və QHT yoxdur: “Ora gedənlərin də bir nəfərindən müsbət fikir eşitmirsən. Biz bunu görmüşük. Gərək belə məsələlərə diqqət yetirək”.
Deputat Vahid Əhmədov 20 il əvvəl Azərbaycanın müstəqilliyinə səs verən insanların xatırlanmasını, onların hüquqlarının müdafiəsi ilə bağlı ayrıca tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Deputat Zahid Oruc və Fəzail Ağamalı çıxışlarında İranın Azərbaycanın daxili işlərinə qarışmasını tənqid ediblər. Z. Oruc Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb. F. Ağamalı isə qeyd edib ki, İrandakı mövcud molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür: “Narkotiklərin Azərbaycana ötürülməsindən, müxtəlif proqramların pozuculuq siyasətindən tutmuş Ermənistanı dəstəklənməsinə qədər bu düşmənçilik siyasəti yeridilir. Mən təklif edirəm ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsini qaldırsın. İranın Qum və digər şəhərlərində oxuyub gəlmiş azərbaycanlıların fəaliyyəti araşdırılsın”.
Vitse-spiker Ziyafət Əsgərov isə siyasi məhbuslarla bağlı məsələnin müzakirəsindən danışıb. Vitse-spiker deyib ki, Avropanın heç bir hüquqi sənədində, Cinayət Məcəlləsində siyasi məhbus anlayışı yoxdur: «Araşdırmalar zamanı məlum olur ki bu məsələni beynəlxalq təşkilatların sənədlərinə də qəsdən salmırlar. Bununla başqa ölkələrin daxili işlərinə qarışmaq istəyirlər. Bu qədər insanın daxili işinə qarşı qarışmaq olmaz. Biz deyirik yoxdur, siz deyirsiniz var. Ortada bir hakim olmalıdır…»
Z. Əsgərov Avropa Şurasında Yaxın Şərqdə xristianların öldürülməsinə dair müzakirələri də tənqid edib: “Azərbaycanda bir milyon müsəlman ev-eşiyindən didərgin düşüb. Ay Avropa, niyə bu məsələni qaldırmırsınız? Bu, mağara mədəniyyətidir. Yaxın Şərqdə qırılan insandır, Əfqanıstanda qırılan insan deyil? Nə qədər gizlətmək olar? Axı nə qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaq?”
Millət vəkili İqbal Ağazadə isə deyib ki, Misir xalqının qarşı çıxdığı, diktator Hüsnü Mübarəkin Bakıda heykəli var: “Buna rəğmən uzun illərdir yer ayrılmasına baxmayaraq, hələ də Bakıda Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılmayıb”. Deputat Tarif Şurasının ötən gün bəzi xidmətlər üzrə tarifləri artırmasının düzgün addım olmadığını və bunun ölkədə əhalinin sosial vəziyyətini daha da pisləşdirəcəyini vurğulayıb.
Millət vəkili Məlahət İbrahimqızı isə O. Əsədovdan millət vəkilləri adından İran parlamentinə etiraz məktub göndərilməsini xahiş edib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!