Bank Of Baku

Mübariz Qurbanlı: “ABŞ səfirliyi terror məsələsinə aydınlıq gətirməlidir”

Mübariz Qurbanlı: “ABŞ səfirliyi terror məsələsinə aydınlıq gətirməlidir”
# 01 fevral 2011 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycan Milli Məclisi ABŞ səfirliyinin Azərbaycandakı Amerika vətəndaşları üçün elan etdiyi terror təhlükəsi ilə bağlı səfirliyə sorğu göndərməlidir”. APA-nın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı parlamentdə cari məsələlərin müzakirəsində deyib. O bildirib ki, ABŞ səfirliyi bu məsələyə aydınlıq gətirməlidir: “Onlar bu məlumatı haradan alıblar? Həmin açıqlama həm Azərbaycan vətəndaşlarını narahat edir, həm də Azərbaycana gəlmək istəyən xarici vətəndaşlara təsir göstərir. Onlar hansısa təhlükənin olduğunu zənn edib Azərbaycana gəlməyə bilərlər. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR