Bank Of Baku

Milli Məclis bir sıra dövlətlərarası sənədləri təsdiqləyib

Milli Məclis bir sıra dövlətlərarası sənədləri təsdiqləyib
# 01 fevral 2011 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra dövlətlərarası sənədlər təsdiqlənib. APA-nın məlumatına görə, iclasda “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” saziş, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin birgə bəyanatı, “Azərbaycan Respublikası hökuməti və İtaliya respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” saziş, “Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” saziş, “Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” saziş, “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda həmçinin “Dövlət qulluğu haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsinə dair qanun layihələri də müzakirə olunaraq təsdiqlənib. Bundan başqa, “İcbari sığortalar haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR