Sərdar Cəlaloğlu: “İctimai Palata güc mərkəzi ola bilməz, adından da görünür ki, bu bir ictimai təşkilatdır”
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu APA-ya açıqlamasında deyib ki, təmsil etdiyi partiyanın Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsilçiliyi məsələsi müzakirə mövzusu deyil: “Azərbaycanda 2010-cu il parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalan müxalifət təşkilatları İctimai Palata yaradıb. Mənə elə gəlir ki, İqbal Ağazadənin və digərlərinin müraciətini bu prizmadan yanaşaraq cavablandıracağıq. Hələlik müraciət bizə daxil olmayıb”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə hərəkatın bərpasına uğurlar arzulayıb: “İndiki dövrdə İctimai Palatada təmsil olunduğumuzdan, həmin hərəkatda təmsilçiliyimiz mümkün deyil. Buna görə də fəaliyyətimizi İctimai Palatada davam etdirəcəyik”.
Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası təşəbbüsü ilə çıxış edən “Qarabağ” blokunun həmtəsisçisi, ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyası və AXCP funksionerlərinin açıqlamalarını əsassız hesab edib. O bildirib ki, İctimai Palata siyasi güc mərkəzi ola bilməz: “Adından da görünür ki, həmin qurum ictimai təşkilatdır və orada toplaşanların çoxu QHT-lərdir. Azərbaycanın “Siyasi partiyalar haqqında qanun”una görə, ictimai təşkilatlar siyasi məsələlərdə siyasi partiyalarla əməkdaşlıq edə bilməz. Bu həm də hüquqi məsələlərdir. Buna görə də hərəkatın bərpasını istəyirik”.
S. Cəlaloğlu deyib ki, bu gün Azərbaycanda siyasi güclərin birləşməsi zəruriyyəti var: “Bu nə İctimai Palataya alternativdir, nə də İctimai Palata hərəkatın funksiyasını yerinə yetirə bilər. Hərəkat heç bir maraq güdmədən ümumi ideya və məqsəd uğrunda insanların toplaşdığı qurumdur. Yəni partiyanın, blokun və hərəkatın bir-biri ilə alternativliyi yoxdur”.
ADP sədrinin sözlərinə görə, artıq Müsavat Partiyası və AXCP kimi hərəkatın təsisçilərinə və digərlərinə müraciət ediblər: “AXCP sədri Əli Kərimli mənə dedi ki, hərəkatın bərpasının əleyhinə deyil və hərəkatda təmsilçiliyə hazırdır. İndi imtina edirlərsə, deməli burada Müsavat Partiyasının təsiri hiss olunur”.
Milli Məclisin sabiq deputatı Pənah Hüseynov isə Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpa olunmasını, bu istiqamətdə addım atan siyasi təşkilatların hüququ adlandırıb: “Sərdar Cəlaloğlu ilə bu barədə danışmamışam. O, hər bir fikri ifadə edə bilər. Mən onlara hərəkatı bərpa etmək hüquqları olduğunu bildirirəm. Təqdir olunması isə o zaman olar ki, hərəkat yaransın və fəaliyyət göstərsin. Hüquqlara isə sayğı ilə yanaşmaq lazımdır”.
Xatırladaq ki, Qarabağ və Respublika Uğrunda Hərəkat 2009-cu ilin martında keçirilən Konstitusiya dəyişiklikləri ilə bağlı referendum zamanı 6 partiya – AXCP, ADP, ALP, VİP, Ümid və Müsavat partiyaları tərəfindən təsis edilib.
Qeyd edək ki, hazırda hərəkatın bərpası təklifi ilə 4 partiya ADP, ALP, VİP və Ümid Partiyası çıxış edib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək