Bank Of Baku

Ombudsman AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini qəbul edib

Ombudsman AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini qəbul edib
# 02 fevral 2011 12:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, həmməruzəçilər müvəkkilin insan hüquqları sahəsində fəaliyyəti, jurnalistlərin, o cümlədən Eynulla Fətullayevin vəziyyəti və hüquqlarının müdafiəsi ilə maraqlanıblar. Onlar gənc bloqgerlərin azadlığa buraxılmasını müsbət qiymətləndiriblər.

E. Süleymanova digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin müvəkkil tərəfindən nəzarətdə saxlanıldığını söyləyib. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullarla və onların əfvi ilə bağlı təkliflər verildiyi diqqətə çatdırılıb.

Müvəkkil qonaqları maraqlandıran sualları da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR