Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 02 fevral 2011 13:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 70 saylı Masallı şəhər və 86 saylı İsmayıllı dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə üzrə məntəqə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb. O bildirib ki, artıq məntəqələrdə bu proses yekunlaşmaq üzrədir. Bundan sonra dairə seçki komissiyaları öz hüdudlarında analoji prosesə start verəcək və aprelin 5-dək siyahıları təsdiqləyərək MSK-ya göndərəcək. Sonra analoji işi MSK aparacaq. Prosesin sonunda (may ayının sonunadək) yekun siyahılar müvafiq olaraq DSK və məntəqə seçki komissiyalarına qaytarılacaq.

Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi və 5 mindən artıq seçki məntəqəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR