Bank Of Baku

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Sumqayıtda bir sıra görüşlər keçiriblər

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Sumqayıtda bir sıra görüşlər keçiriblər
# 03 fevral 2011 10:03 (UTC +04:00)
Sumqayıt - APA. AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora (İspaniya), Jozef Debono Qrex (Malta) və Monitorinq Komitəsinin katibi Aqnieşka Naçilio bu gün Sumqayıt şəhərində olublar.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, qonaqlar Sumqayıt ŞİH başçısı Vaqif Əliyevlə görüşüblər.

Həmməruzəçilərə Azərbaycanın ikinci sənaye şəhərinin tarixi barədə qısa məlumat verilib, burada neft-kimya, metallurgiya, maşınqayırma, yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi bildirilib. Sumqayıtda kiçik və orta sahibkarlıq üçün əlverişli şərait yaradıldığını deyən V.Əliyev yalnız son 7 ildə burada 44 mindən çox yeni iş yeri yaradıldığını qeyd edib.

Görüşdə həmçinin ictimai-siyasi əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunub, ötən parlament seçkilərində Sumqayıtda yerləşən seçki məntəqələrinin lazımi maddi-texniki baza ilə təchiz olunduğu bildirilib.

Daha sonra AŞPA həmməruzəçiləri Sumqayıt bələdiyyəsinin nümayəndələri və şəhər ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR