Bank Of Baku

YAP-ın nümayəndə heyəti Rumıniyaya səfər edəcək

YAP-ın nümayəndə heyəti Rumıniyaya səfər edəcək
# 03 fevral 2011 11:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti fevral ayı ərzində bu ölkədə rəsmi səfərdə olacaq. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan və Rumıniyanın hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı müzakirə ediləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının geniş beynəlxalq əlaqələri mövcuddur, müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar münasibətlər qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR