Bank Of Baku

AXCP-nin Müsavatın qərargahından çıxmasının səbəbi məlum olub

AXCP-nin Müsavatın qərargahından çıxmasının səbəbi məlum olub
# 03 fevral 2011 15:07 (UTC +04:00)
AXCP-dən APA-ya bildirilib ki, İ. Qəmbər “Azadlıq” qəzetində Müsavat əleyhinə gedən yazıları, AXCP funksionerlərinin müxtəlif KİV-ə verdikləri açıqlamaları və cəbhəçilərin “Facebook” sosial şəbəkəsində yazı və şərhlərini Əli Kərimliyə irad tutub. Başqan yekun olaraq Ə. Kərimliyə “Qərargahımızda oturub, hələ bizə ağalıq da etmək istəyirsiz?!” söyləyib. Ə. Kərimli isə cəbhəçilərin haqlı olduğunu deyib. Bu səbəbdən partiya sədrləri arasında mübahisə düşüb.

AXCP Rəyasət Heyətinin (RH) Müsavat Partiyasının qərargahında keçirilən son iclasında Ə. Kərimli bu barədə RH üzvlərinə məlumat verib, başqanın belə münasibətinə görə Müsavatın qərargahından bir daha istifadə etmək istəmədiyini deyib. RH üzvləri arasında isə “Müsavatın qərargahından çıxsaq, cəmiyyət bunu birmənalı qarşılamayacaq” fikri də olub. Lakin sonda qərara gəlinib ki, AXCP bir daha Müsavatın qərargahında toplaşmasın.

RH-nin iclası bitdikdən sonra cəbhəçilərdən biri AXCP-çilərin toplaşdığı otağın açarını Müsavat başqanının köməkçisinə verib. AXCP funksionerləri Müsavat başqanı və müavinlərinə indiyədək yaradılmış şəraitə görə təşəkkür edib, onlarla vidalaşmağı belə lazım bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR