Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurası yeni Konstitusiya layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması barədə qərar qəbul edib

İctimai Palatanın Koordinasiya Şurası yeni Konstitusiya layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması barədə qərar qəbul edib
# 03 fevral 2011 15:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti iclası keçirilib. İP-dən APA-ya verilən məlumata görə, Aqil Səmədbəylinin sədrliyi ilə keçən iclasda qəbul olunmuş qərarların icrası, İctimai Palatanın 1-ci sessiyasının nəticələri, İctimai Palatanın strukturlaşması geniş müzakirə edilib, ölkədə və beynəlxalq arenada baş verən proseslər dəyərləndirilib. Koordinasiya Şurası qərara alıb ki, İctimai Palatanın strukturlaşması ilə bağlı bütün təkliflər dəyərləndirilsin və növbəti iclasda müzakirəyə təqdim edilsin. Həmçinin, yeni Konstitusiya layihəsinin hazırlanması üçün işçi qrupu yaradılması məqsədəuyğun hesab edilib. Koordinasiya Şurasının digər qərarına əsasən, mart ayında vətəndaş cəmiyyətinin digər qurumları ilə birgə Kür çayı ilə əlaqədar yaranmış problemlərə həsr olunmuş ictimai dinləmələrin təşkil edilməsi planlaşdırılıb.

İP-nin loqo və rəmzlərinin hazırlanması üçün müsabiqə elan edilməsi, demokratik ictimaiyyət, xüsusən gənclər bu müsabiqədə fəal iştiraka dəvət edilib.

Qeyd edək ki, Demokratiya Uğrunda Vətəndaş Hərəkatı - İctimai Palata 2010-cu il dekabrın 28-də təsis olunub. İctimai Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurasının üzvlərinin yarısı siyasi partiyaların (İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn), yarısı vətəndaş cəmiyyətinin (Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Hacı İlqar İbrahimoğlu) təmsilçiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR