Bank Of Baku

BAXCP sədri “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib

BAXCP sədri “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib
# 07 fevral 2011 12:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) qanunvericilik təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün BAXCP-nin hazırladığı “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Milli Məclisə təqdim olunub. 12 maddədən ibarət olan qanun layihəsinin məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunu müəyyənləşdirməkdən və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini təmin etməkdən ibarətdir. Qanun layihəsində Ağdərə rayonunun işğal altında olan əraziləri, Hadrut rayonu, Xocavənd rayonunun işğal altında olan əraziləri, Xocalı rayonu, Xankəndi şəhəri, Şuşa şəhəri, Laçın rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Zəngilan rayonu, Cəbrayıl rayonu, Füzuli rayonunun işğal altında olan əraziləri, Ağdam rayonunun işğal altında olan əraziləri, Qazax rayonunun işğal altında olan əraziləri, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi işğal olunan ərazilər kimi qeyd olunub. Layihədə işğal edilmiş ərazilərdə insan hüquqlarının və mədəni irsin qorunması da yer alıb.

Layihənin hazırlanmasında Gürcüstan Respublikasının təcrübəsi də əsas götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR