Bank Of Baku

AMİP Mərkəzi Şurasının sədri: “AMİP-in İctimai Palatada fəaliyyəti, ümumiyyətlə bu qurumun gələcəyi uzunmüddətli olmayacaq”

AMİP Mərkəzi Şurasının sədri: “AMİP-in İctimai Palatada fəaliyyəti, ümumiyyətlə bu qurumun gələcəyi uzunmüddətli olmayacaq”
# 07 fevral 2011 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İctimai Palatada gedən proseslər bir daha təsdiq edir ki, AMİP-in bu qurumdakı fəaliyyəti, ümumiyyətlə bu qurumun gələcəyi uzunmüddətli olmayacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri Adnan Novruzov deyib. A. Novruzov bildirib ki, AMİP-in İctimai Palatada təmsilçiliyi ilə bağlı mövqeyində dəyişiklik yoxdur: “AMİP-də aparılan müzakirələrdə mövqeyimi açıqlamışam. Amma vəziyyəti də nəzərə almışam. Adətən, belə qərarlar verilməzdən əvvəl partiya daxilində geniş müzakirələr aparılırdı. Bundan sonra bütün təşkilatların mövqeyi nəzərə alınıb qərar qəbul olunurdu. Bu dəfə isə tələskənlik oldu və Siyasi Şura AMİP-in İctimai Palatanın təsis olunmasında iştiraka dair qərar verildi”. A. Novruzovun sözlərinə görə, partiyanın əksər yerli təşkilatları onun mövqeyini dəstəkləyir: “Həmin partiyaların fəaliyyətini nəzərə alıb, təcrübəyə söykənərək AMİP-in İctimai Palatada təmsilçilik məsələsinin əhəmiyyətsiz hesab edirəm”.

AMİP sədri Yusif Bağırzadə isə APA-ya açıqlamasında təmsil etdiyi partiyanın İctimai Palatanın fəaliyyətində yaxından iştirak etdiyini və heç bir problemin olmadığını deyib. Partiya sədrinin sözlərinə görə, AMİP-in İctimai Palatanı tərk etməsi müzakirə mövzusu deyil: “İctimai Palata formalaşdırılan zaman proseslər surətlə inkişaf etdiyindən bu məsələ AMİP-in daxilində geniş müzakirə olunmadı. Bu mənada Adnan Novruzov düz deyir. Ancaq Siyasi Şura partiyanın İctimai Palatada həmtəsisçi olmasına dair qərar verdi”. Y. Bağırzadə bildirib ki, partiya dövlət qurumu deyil, bu baxımdan AMİP-də alternativ fikirlərin olmasını təbii qəbul edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR