Bank Of Baku

AMİP Prezident Administrasiyasından cavab gözləyir

AMİP Prezident Administrasiyasından cavab gözləyir
# 07 fevral 2011 13:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası Prezident Administrasiyasına müraciət edib. AMİP sədri Yusif Bağırzadə APA-ya bildirib ki, Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbənin sədri Əli Həsənova məktub ünvanlayıb. O, məktubunda AMİP-in normal fəaliyyət göstərməsi üçün qərargah binası ilə təmin olunmasını istəyib.

Y. Bağırzadə Prezident Administrasiyasından bu günə qədər məktuba cavab verilmədiyini də deyib: “Faktiki olaraq AMİP qərargahsız fəaliyyət göstərir. Partiyanın daxili imkanı da yoxdur ki, geniş və müasir standartlara cavab verən bina icarəyə götürə bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR