Bank Of Baku

Müsavat Partiyasının qurultayına hazırlıq komitəsinin yığıncağı keçirilib

Müsavat Partiyasının qurultayına hazırlıq komitəsinin yığıncağı keçirilib
# 07 fevral 2011 14:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağı keçirilib. Bu barədə APA-ya komitənin üzvü, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Toplantıda qurultaya hazırlıqla əlaqədar görülmüş və görüləcək işlərlə bağlı müzakirə aparılıb. Yerli təşkilatlarda konfransların keçirilməsinə toxunularaq ilk konfransın fevralın 20-də Binəqədi rayon təşkilatında keçiriləcəyi qeyd edilib.

Müsavat Partiyası Divanının da növbəti toplantısı keçirilib. Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Divan üzvü Osman Kazımlının Vəkillər Kollegiyasından çıxarılmasına etiraz olaraq etiraz bəyanatı qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR