Bank Of Baku

Arif Hacılı: “Şəxsən mən Adil Qeybulla və İbrahim İbrahimli üçün Müsavatın qərargahında normal şərait yaradılmasına çalışacağam”

Arif Hacılı: “Şəxsən mən Adil Qeybulla və İbrahim İbrahimli üçün Müsavatın qərargahında normal şərait yaradılmasına çalışacağam”
# 07 fevral 2011 14:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “BMT Nyu-Yorkda yerləşir və ABŞ-ın ayrı-ayrı dünya ölkələrinə münasibətindən asılı olmayaraq onlar daim BMT-nin müvafiq toplantısında iştirak hüququna malikdirlər. Ona görə də düşünürəm ki, İctimai Palatanın üzvü olan hər bir şəxsin Müsavat Partiyasının qərargahında İctimai Palata adından keçirilən tədbirlərində iştirakına bizim tərəfimizdən hər hansı maneə olmayacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının sabiq üzvlərinin İctimai Palatanın iclaslarına qatılmaq istəmələri ilə bağlı fikirlərinə münasibət bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, sabiq müsavatçılar – Adil Qeybulla və İbrahim İbrahimli İctimai Palatanın üzvləridir: “Onlar da seçki kampaniyası dövründə hüquqları tapdalanmış şəxslərdir. Əgər İctimai Palatanın toplantısına qatılmaq üçün gələcəklərsə, şəxsən mən onlar üçün qərargahda normal şərait yaradılmasına çalışacağam”.

Qeyd edək ki, son vaxtlara qədər Müsavat Partiyasının rəhbərliyində təmsil olunan Sülhəddin Əkbər, İbrahim İbrahimli, Qabil Hüseynli və Adil Qeybulla dördlükdə görüş keçirib. Görüşdə A. Qeybulla və İ. İbrahimli İctimai Palatanın iclaslarına qatılmaq istədiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR