Bank Of Baku

Müsavat Partiyasının rəhbərliyi tədbir keçirmək üçün “Təbriz” kinoteatrının rəhbərliyinə müraciət edəcək

Müsavat Partiyasının rəhbərliyi tədbir keçirmək üçün “Təbriz” kinoteatrının rəhbərliyinə müraciət edəcək
# 08 fevral 2011 12:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının 100 illik yubileyi çərçivəsində Bakının Nizami rayonunda yerləşən “Təbriz” kinoteatrında tədbir keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, fevralın 19-da keçirilməsi nəzərdə tutulan tədbirə partiya fəalları, ziyalılar, tarixçilərin dəvəti planlaşdırılır.

A. Hacılı bildirib ki, tədbirin keçirilməsi ilə bağlı yer ayrılması üçün “Təbriz” kinoteatrının rəhbərliyinə müraciət olunacaq.

Qeyd edək ki, Müsavat Partiyasının əsası Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda 1911-ci ildə qoyulub. Bu il partiyanın 100 yaşı tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR