Bank Of Baku

Milli Məclisin üzvü Etibar Hüseynov deputat həmkarlarını və ictimai təşkilatların rəhbərlərini İran səfirliyinin tədbirini boykot etməyə çağırıb

Milli Məclisin üzvü Etibar Hüseynov deputat həmkarlarını və ictimai təşkilatların rəhbərlərini İran səfirliyinin tədbirini boykot etməyə çağırıb
# 08 fevral 2011 13:04 (UTC +04:00)
APA-nın məlumatına görə, E. Hüseynov keçirdiyi mətbuat konfransında İran islam inqilabının ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən “Gülüstan” sarayında keçiriləcək tədbirə dəvət aldığını deyib. O, İranın Azərbaycanın daxili işlərinə qarışması, Ermənistanla son vaxtlar əlaqələrini sıxlaşdırmasına etiraz olaraq həmin dəvətnaməni səfirliyə geri qaytaracağını bəyan edib: “Bu, mənim öz təşəbbüsümdür. Həmkarlarımı, ictimai təşkilatların nümayəndələrini və mətbuatı da bu boykota qoşulmağa çağırıram. Bir milyon müsəlmanın hüquqlarının pozulmasına göz yuman İran mollaları burada silah saxlamaqda, terrorçuluqda şübhəli bilinərək həbs olunan iki-üç islamçının həbsini insan haqlarının pozulması kimi qabardır”.

E. Hüseynov xatırladıb ki, özünü islam cümhuriyyəti adlandıran və İslam Konfransı Təşkilatının üzvü olan İran işğalçı Ermənistanla əlaqələrini davam etdirir, iqtisadi və siyasi dəstək verir: “İrandakı 35 milyondan artıq azəri türkünün ana dilində məktəbi, mətbuatı olmadığı halda 120 min erməni bütün hüquqlardan istifadə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR