Bank Of Baku

Azərbaycan Milli Məclisində azlıqda olan bəzi partiyalar MSK üzvlüyünə namizədlərini müəyyənləşdirib

Azərbaycan Milli Məclisində azlıqda olan bəzi partiyalar MSK üzvlüyünə namizədlərini müəyyənləşdirib
# 08 fevral 2011 15:37 (UTC +04:00)
APA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mikayıl Rəhimlinin, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Almas Qəhrəmanlının, Ümid Partiyası Akif Qurbanovun, Demokratik İslahatlar Partiyası (DİP) Tamam Cəfərlinin, Böyük Quruluş Partiyası (BQP) isə Bəxşeyiş Əsgərovun namizədliyini irəli sürüb.

Namizədlərin adları Milli Məclisə də təqdim olunub. Yaxın günlərdə siyasi partiyaların Milli Məclisdəki təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək, həmin toplantıda namizədlərin irəli sürülməsi məsələsi ilə bağlı məsləhətləşmə xarakterli müzakirələr aparılacaq.

Ana Vətən Partiyasının (AVP) sədr müavini Etibar Quliyev isə APA-ya deyib ki, hələ 2006-cı ildə MSK üzvlüyünə onun özünün namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub: “Həmin qərar indi də qüvvədə qalır”.

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü isə APA-ya deyib ki, Milli Məclis tərəfindən təmsil olunduğu partiya MSK üzvlüyünə namizədin müəyyənləşdirilməsi ilə bağlı müraciət daxil olmayıb. Onun sözlərinə görə, Ədalət Partiyası namizədini yaxın iki gündə müəyyənləşdirəcək: “Ədalət Partiyasını MSK-da təmsil edəcək şəxs partiyanın Siyasi Şurasında seçki yoluyla müəyyənləşəcək. Böyük ehtimalla bu, əvvəlki nümayəndə Oqtay Hümbətli olmayacaq”.

MSK üzvlüyünə namizədliyi irəli sürülmüş digər şəxslər bunlardır:

YAP tərəfindən MSK üzvlüyünə namizədliyi irəli sürülənlər: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov.

Mili Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan bitərəf deputatların namizədliklərini irəli sürdükləri şəxslər: Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR