Bank Of Baku

Mübariz Qurbanlı: “Hansısa siyasi partiya ilə əlahiddə müzakirə aparmağa ehtiyac duymuruq”

Mübariz Qurbanlı: “Hansısa siyasi partiya ilə əlahiddə müzakirə aparmağa ehtiyac duymuruq”
# 09 fevral 2011 08:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda dialoq mühiti mövcuddur və bu gün Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Milli Məclisdə bu siyasi partiyalar arasında dialoq mühiti var. Cəmiyyətdə də dialoq mühiti mövcuddur. Lakin bəzi partiyalar var ki, onlar seçkilərdə uğursuzluqlara düçar olublar və o partiyalar da cəmiyyətdə fəaliyyətlərini davam etdirirlər”. Bu sözləri APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, dialoq mövzusu hansısa formada kimlərsə tərəfindən zaman-zaman dövriyyəyə buraxılır və bəzi siyasi partiyalar, onların nümayəndələri gündəmdə qalmaq üçün dialoq adı altında öz mövcudluqlarını göstərmək istəyirlər: “Azərbaycan cəmiyyətində dialoq mühiti də var, demokratik mühit də var, siyasi fəaliyyət azadlığı da mövcuddur. Ancaq bu gün hansısa siyasi partiya ilə danışıqlar aparmaq, nəyisə müzakirə etmək gündəmimizdə yoxdur və qarşımızda duran vəzifə deyil. İstənilən siyasi partiya ilə müxtəlif tədbirlərdə ayrı-ayrı mövzularla əlaqədar diskussiyalarda iştirak edirik, bu da bir dialoqdur. Guya kimlərinsə ərəb dünyasında baş verən hadisələrdən təşviş keçirməsi bəzi müxalifət jurnalistlərinin xülyasıdır. İkincisi, ötən 10-15 ilə nəzər salsaq görərik ki, hansı ölkədə nə baş veribsə, bizim müxalifət partiyalarının nümayəndələri, onların nəzarətində olan qəzetlər həmin ölkələrdə Azərbaycanı müqayisə etməyə çalışıblar. Vaxtilə Serbiyada, Gürcüstanda, Ukraynada baş verən hadisələr zamanı da bu cür “proqnozlar” veriblər. Ancaq həyat göstərdi ki, onların bu proqnozlarının heç bir əsası yoxdur – nə elmi, nə məntiqi, nə də praktik baxımdan. Dünyanın bu və ya digər ölkəsində baş verənlərin Azərbaycana nə aidiyyəti var, nə də təsiri. Azərbaycan öz yoluyla gedir, ölkəmizin öz inkişaf yolu var. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqı və seçiciləri arasında böyük nüfuza malikdir. Dünyanın bu və ya digər ölkəsində baş verənlərdən “ruhlanaraq” guya Azərbaycanda da həmin hadisələrin təkrarlanacağını ortaya qoyanlar xəyalplov yeyənlərdir, hesab edirəm ki, az zaman içərisində onlar da bunu başa düşəcəklər”.

M. Qurbanlı vurğulayıb ki, YAP hansısa siyasi partiya ilə əlahiddə müzakirə aparmağa ehtiyac duymur: “Buna elə bir ehtiyac da yoxdur. Azərbaycan sabit inkişaf yoluyla gedən ölkədir. Bu istiqamətdə yayılan məlumatlar yenə də kimlərinsə xəyalplovunun məhsuludur”.

M. Qurbanlı bildirib ki, parlamentdən kənarda olan siyasi partiyaların sosial dayaqları kifayət qədər məhduddur və onlar dərnək səviyyəsindədir: “Ancaq onlar da bizə müraciət etsələr, müəyyən məsələləri onlara dərnək kimi yanaşmaqla müzakirə edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR