Bank Of Baku

“Qadınlar “Xalq diplomatiyası”na qarşı” mövzusunda tədbir keçirilib

“Qadınlar “Xalq diplomatiyası”na qarşı” mövzusunda tədbir keçirilib
# 09 fevral 2011 10:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) Qadınlar Şurasının təşəbbüsü ilə “İşğal və Xocalı qətliamı ilə yandırılan körpülər: Qadınlar “Xalq diplomatiyası”na qarşı” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, yığıncağa ölkədə fəaliyyət göstərən ictimai təşkilatların, siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri qatılıblar.

QAT Qadınlar Şurasının sədri Fəridə Əsgərova bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 23 ildir işğala məruz qalsa da, bəzi təşkilatların öncüllüyü ilə ölkədə “xalq diplomatiyası” meylləri artıb: “Qarabağ Azadlıq Təşkilatını müharibə çağırışları etməkdə günahlandırırlar. Biz müharibənin ağrı-acılarını bilirik. Lakin torpaqlarımızın işğaldan azad olunmasının və ədalətin bərpasının başqa yolunu görmürük”.

Sonda iştirakçılar adından bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, düşmənçiliyin aradan qaldırılması üçün “xalq diplomatiyası” təsirli vasitəyə çevrilə bilməz: “Bunun aradan qalxması üçün düşmənçiliyi və nifrəti yaradan səbəblər, ilk növbədə işğal faktı aradan qaldırılmalı, Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Bu etiraf yoxdursa, cəmiyyətlərarası dialoqdan danışmaq mümkün deyil. Çox təəssüf ki, Azərbaycanda bəzi təşkilatlar bilərəkdən və ya bilməyərəkdən erməni siyasətinin alətinə çevrilirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR