Bank Of Baku

Sərdar Cəlaloğlu: “AXCP və Müsavatın iştirakı olmadan Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasında tərəddüd edirik”

Sərdar Cəlaloğlu: “AXCP və Müsavatın iştirakı olmadan Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasında tərəddüd edirik”
# 09 fevral 2011 12:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkat vaxtilə Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Ümid və Müsavat partiyaları tərəfindən təsis edilib. Hərəkatın bərpası zamanı iki partiyanın iştirak etməməsi qurumu klassik hərəkat kimi cəmiyyətə təqdim etməyə imkan vermir. Belə demək mümkündürsə, problemlər yaradır”.

Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasının təşəbbüskarlarından olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, bu baxımdan hərəkatı bərpa etmək istəyən Vətəndaş və İnkişaf, Liberal, Demokrat və Ümid partiyalarının sədrləri diskussiyaları davam etdirir: “Xüsusən də nəzərə alsaq ki, hərəkatın bərpası zamanı kənarda qalan AXCP və Müsavat Partiyası nüfuzlu və kifayət qədər gücə malik təşkilatlardır. Buna görə də bizdə hərəkatın bu tərkibdə - yəni 4 partiyanın iştirakı ilə fəaliyyətinin bərpası tərəddüd yaradıb. Düşünürük ki, belə olan təqdirdə hərəkat gözləntilərə cavab verəcəkmi?!”.

S. Cəlaloğlunun sözlərinə görə, hərəkatın formalaşdırılmasında məqsədi güc mərkəzi rolunda çıxış etməkdir: “Bizi maraqlandıran məsələlərdən biri də budur ki, Müsavat və AXCP bərpa prosesində iştirak etməsə, 4 partiyanın bərpa etdiyi hərəkat özünün əvvəlki fəaliyyətinə, ən azı bərabər bir fəaliyyət göstərə bilərmi? Müzakirələr, diskussiyalar aparılır, ən müxtəlif ideyalar var. İndidən fikir söyləsək, proseslərin qarşısını ala bilərik. Ona görə də tələsməyək, səbirlə izləyək”.

Ümid Partiyası ilə ADP tərəfindən təsis edilməsi nəzərdə tutulan “Qarabağ” bloku ilə bağlı da açıqlama verən S. Cəlaloğlu deyib ki, Qarabağ və Respublika Uğrunda Hərəkat ideyası meydana çıxandan sonra “Qarabağ” blokunun təsis olunması istiqamətində bir qədər gözləmə mövqeyi tutulub: “Görək bu məsələ necə olacaq. Bizim ikilikdə bloku təsis etməyimiz hərəkatın bərpasında problem yarada bilər və ya bilməz kimi narahatlığımız var. Bir qədər gözləmə mövqeyindəyik. Yaxın həftələrdə bir çox məsələlərə aydınlıq gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR