Bank Of Baku

Arif Hacılı: “Müxalifətin ayrı-ayrı mərkəzlərinin yaradılmasını məqsədəuyğun saymıram”

Arif Hacılı: “Müxalifətin ayrı-ayrı mərkəzlərinin yaradılmasını məqsədəuyğun saymıram”
# 09 fevral 2011 13:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İctimai Palatanı kölgə parlamenti, Qarabağ və Respublika Uğrunda Hərəkatı isə kölgə kabineti kimi formalaşdıra və müxalifətin əsas güc mərkəzi kimi fəaliyyət göstərə bilərik”. Bunu APA-ya açıqlamasında Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasının təşəbbüskarlarından olan S. Cəlaloğlu bildirib ki, qanunvericilik təşəbbüsləri ilə bağlı İctimai Palata çərçivəsində, siyasi xarakterli məsələlərlə əlaqədar isə hərəkat çərçivəsində addımlar atıla bilər: “Azərbaycan qanunlarına görə, ictimai təşkilatlarla siyasi qurumlar siyasi məsələlərdə əməkdaşlıq edə bilməz. Yəni hökumətdən qanun tələb ediriksə, özümüz də gərək qanuna uyğun hərəkət edək. Bu məsələləri düşünmüşük və müzakirə edirik”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bu barədə bir söz deyə bilməyəcəyini söyləyib: “Müxalifətin əsas gücü İctimai Palatada toplaşıb. Daha dəqiqi, təkcə müxalifətin deyil, həm də Azərbaycanda siyasi dəyişiklik istəyən bir çox ictimai təşkilatların nümayəndələri İctimai Palatada birləşib. Bu mənada müxalifətin ayrı-ayrı mərkəzlərinin yaradılmasını məqsədəuyğun saymıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR