Bank Of Baku

Ədalət Partiyası MSK üzvlüyünə namizədini müəyyənləşdirib

Ədalət Partiyası MSK üzvlüyünə namizədini müəyyənləşdirib
# 09 fevral 2011 14:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Ədalət Partiyası (ƏP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədini müəyyənləşdirib. Bu barədə APA-ya partiya sədrinin müavini Mütəllim Rəhimli məlumat verib. O bildirib ki, Siyasi Şuranın iclasında partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlünün MSK üzvlüyünə namizədliyi müdafiə olunub: “Biz artıq müvafiq qərarla bağlı sənədləri hazırlamışıq və Milli Məclisə təqdim edəcəyik”.

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan digər partiyalar da MSK üzvlüyünə namizədlərini müəyyənləşdiriblər. Ədalət Partiyası parlamentdə bir deputatla təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR