Bank Of Baku

AMİP bahalaşmanın qarşısının alınması üçün hökumətdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib

AMİP bahalaşmanın qarşısının alınması üçün hökumətdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib
# 09 fevral 2011 14:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyasi Şura İranın Azərbaycanın daxili işlərinə müdaxiləsini beynəlxalq hüquq normalarına zidd hesab etməklə yanaşı, rəsmi Tehranın Ermənistanla sıx əməkdaşlığını işğalçıya dəstək kimi qiymətləndirib.

Siyasi Şura eyni zamanda Türkiyənin Qars bələdiyyəsinin “Türk-erməni dostluğu” abidəsinin sökülməsi haqqında qərarını təqdir edib, Beynəlxalq aləmdə, xüsusən də ərəb dünyasında demokratikləşmə prosesinin geniş vüsət almasını müsbət dəyərləndirib.

AMİP ölkədəki bahalaşmanın qarşısının alınması üçün hökumətdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib. Korrupsiya və rüşvətxorluqla mübarizə kampaniyasının imitasiya xarakteri daşımayacağına ümid edən AMİP Siyasi Şurası bu problemlə mübarizədə effektiv nəticənin əldə olunması üçün vətəndaş fəallığını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR