Bank Of Baku

Azərbaycan prezidenti Qazax rayonunda yeni məktəb binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Qazax rayonunda yeni məktəb binasının açılışında iştirak edib
# 09 fevral 2011 15:20 (UTC +04:00)
Qazax – APA. Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak edib. APA-nın məlumatına görə,
Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə bütün şərait yaradılıb. Burada 49 otaq, o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilib. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılıb, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılıb.
Prezident İ. Əliyev yeni binanın açılışını bildirən lenti kəsib, sinif otaqlarına, idman salonuna baxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR