Bank Of Baku

AMİP: İndiki halda etiraz aksiyalarının keçirilməsi hələ tezdir

AMİP: İndiki halda etiraz aksiyalarının keçirilməsi hələ tezdir
# 09 fevral 2011 15:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mübarizənin daha sivil yolla aparılmasının tərəfdarıdır. Düzdür, mitinq keçirilməsi də sivil yoldur. Ancaq bu, son vasitədir. Hesab edirəm ki, hakimiyyətlə mübarizədə son metoda əl atmağa ehtiyac yoxdur. Bunun üçün hələ şərait mövcud deyil, mühit yetişməyib”. Bunu APA-ya açıqlamasında AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov deyib. O bildirib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi hələ tezdir: “Yaxşı olardı ki, problemlərin çözümü danışıqlar vasitəsilə həll olunaydı”.

Bununla yanaşı, Ə. Orucov deyib ki, bu kimi məsələlərlə bağlı qərar partiyanın müvafiq orqanlarında verilir. Onun sözlərinə görə, əgər partiyada belə bir məsələ gündəmə gələrsə, AMİP-də müzakirələr aparıla və müvafiq qərar verilə bilər.

Qeyd edək ki, İctimai Palataya (İP) daxil olan digər partiyalardan AXCP və Müsavat Partiyası kütləvi aksiyalar keçirmək niyyətində olduqlarını açıqlayıblar. Aksiyalarla bağlı müzakirələr İP-nin iclasında da müzakirə olunub.

AMİP İctimai Palataya daxil olan partiyalardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR