Bank Of Baku

Müsavat Partiyasının BŞİH-ə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilib

Müsavat Partiyasının BŞİH-ə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilib
# 09 fevral 2011 15:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı sənədlər Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilib. Bu barədə APA-ya partiya sədrinin müavini Tofiq Yaqublu məlumat verib. O bildirib ki, partiya 15 aprel 2008-ci ildə BŞİH-ə kütləvi aksiya keçirmək üçün yer istəsə də, mənfi cavab alıb: “Həmin vaxt biz Bakı Şəhər İcra Hakimiyyətinə üçün 3 yer təklif etmişdik. Ancaq həmin yerlərdən heç birində bizə aksiya keçirməyə icazə verilmədi”.

Partiya bununla bağlı BŞİH-ni “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozma iddiası ilə məhkəməyə verib. Azərbaycandakı bütün məhkəmə instansiyaları Müsavat Partiyasının iddiasını rədd edib. Bundan sonra isə partiya AİHM-ə müraciət etmək qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR