Bank Of Baku

“Təbriz” kinoteatrının direktoru Müsavat Partiyasına BŞİH-ə müraciət etməyi məsləhət görüb

“Təbriz” kinoteatrının direktoru Müsavat Partiyasına BŞİH-ə müraciət etməyi məsləhət görüb
# 09 fevral 2011 16:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası 100 illik yubileyi çərçivəsində tədbir keçirmək üçün Bakının Nizami rayonunda yerləşən “Təbriz” kinoteatrının rəhbərliyinə müraciət edib. Bu barədə APA-ya partiya başqanının müavini Tofiq Yaqublu məlumat verib. O, kinoteatrın direktoru Tofiq Şəfiyevlə tədbir keçirilməsi ilə bağlı danışdığını bildirib: “Direktor əvvəlcə dedi ki, təhlükəsizlik baxımından burada tədbir keçirmək olmaz. Sonra isə zalı bizə göstərdi. Zal AXCP-nin keçən il qurultay keçirilən vaxtdakı vəziyyətdəydi. Söhbətin sonunda kinoteatr rəhbərliyi məsləhət gördü ki, Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edək. Əgər İcra Hakimiyyəti məqbul görərsə, kinoteatr rəhbərliyi tədbir keçirməyimizə narazı olmayacaq. Bundan sonra isə tədbirin keçirilməsi üçün kinoteatra hansı vəsaitin ödənilməsi barədə razılığa gələcəyik”.

T. Yaqublu fevralın 10-da Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət edəcəklərini deyib.

Qeyd edək ki, Müsavat Partiyası 100 illik yubileylə bağlı tədbiri fevralın 19-da keçirilməsini planlaşdırır. Tədbirə partiya fəalları, ziyalılar, tarixçilər dəvət olunacaq.
Müsavat Partiyasının əsası Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda 1911-ci ildə qoyulub. Bu il partiyanın 100 yaşı tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR