Bank Of Baku

Prezident İlham Əliyev Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
# 09 fevral 2011 17:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da respublikanın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Daha sonra Azərbaycan prezidenti Tovuzda Olimpiya-İdman Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Kompleksin təməli 2007-ci il mayın 30-da prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilmiş kompleks 3 korpusdan ibarətdir. Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 5 hektar sahədə inşa edilmiş kompleksin birinci korpusunda su hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrədən ibarət beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə əsas idman salonu yerləşir. Bundan başqa, idman kompleksində zal və köməkçi otaqlar da var. Kompleksdə voleybol, basketbol meydançaları, tennis kortu və stadion da olacaq. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə yaxından tanış oldu, müvafiq tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR