Bank Of Baku

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub - FOTO

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub - <font color=red>FOTO</font>
# 10 fevral 2011 09:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadəyə YAP üzvlük vəsiqəsinin verilməsi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədov Azərbaycanda kifayət qədər populyar olan S. Əlizadənin bu ay YAP-a üzv olmaq üçün ərizə ilə müraciət etdiyini və onun partiya sıralarına qəbul olunduğunu deyib. YAP üzvlərinin sayının 530 min nəfərə çatdığını söyləyən Ə. Əhmədov partiya üzvləri arasında tanınmış şəxslərin olduğunu xatırladıb. O, S. Əlizadənin keçən il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini vurğulayıb. Ə. Əhmədovun fikrincə, müsabiqənin qalibini seçənlər daha obyektiv olsaydı, S. Əlizadə daha yüksək yer tutardı: ““Biz istəyirik ki, gənclərimiz Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etsinlər”.

Sonra Ə. Əhmədov S. Əlizadəyə YAP-ın üzvlük vəsiqəsini təqdim edib. Gənc ifaçıya Heydər Əliyevə həsr olunmuş multimedia diski də təqdim olunub.

S. Əlizadə çıxışında YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, partiya Siyasi Şurasının üzvü Kərim Kərimov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR