Bank Of Baku

YAP MSK-dakı təmsilçilərinin fəaliyyətindən məmnundur

YAP MSK-dakı təmsilçilərinin fəaliyyətindən məmnundur
# 10 fevral 2011 10:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) 6 təmsilçisinin fəaliyyətindən razıdır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O, partiyanın əvvəlki təmsilçilərin fəaliyyətindən razı qaldığından, YAP-ı növbəti 5 ildə də MSK-da eyni şəxslərin təmsil edəcəyini güman etdiyini bildirib.

Qeyd edək ki, hazırda YAP-ı MSK-da Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir. MSK üzvlərinin sayı 18 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluğu təmsil edən partiya kimi YAP-ın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR