Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı: Ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün təsirli vasitələr hazırlayırıq

Qarabağ Azadlıq Təşkilatı: Ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün təsirli vasitələr hazırlayırıq
# 10 fevral 2011 11:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda keçirilən “Effektiv tərəfdaşlıq və idarəetmə üçün struktur dialoqu” adlı seminarda erməni nümayəndələrinin iştirakı ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bu fakt Azərbaycanın milli maraqlarına zərbə kimi qiymətləndirilib: “Erməni nümayəndələrini gizli şəkildə Bakıya gətirib onların tədbirdə iştirakını təmin etməklə milli maraqlarımıza xəyanət edilir. Bu gün erməniləri Bakıya gətirənlər, onlarla bir masa arxasında oturan məmurlar və QHT nümayəndələri, onlardan həvəslə müsahibə alan KİV təmsilçiləri və onların qarşısına çay qoyan xidmətçilərin arasında heç bir fərq yoxdur. Onların hamısı erməni siyasətinə xidmət göstərir, öz hərəkətləri ilə faktiki olaraq ermənilərin işğalçılıq siyasətinə, erməni vəhşiliklərinə bəraət qazandırırlar”.

Bəyanatda bu prosesdə iştirak edənlər lənətlənir və bu praktikaya son qoyulması tələb edilir: “Qarabağ Azadlıq Təşkilatı hadisələri diqqətlə izləyir və ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün təsirli vasitələr hazırlayır. Nə qədər gec deyil, bu eybəcər siyasətdə iştirak edənlər geri çəkilməli, bu rüsvayçı praktikaya son qoymalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR