Bank Of Baku

Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi açılıb

Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi açılıb
# 10 fevral 2011 12:09 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir.

Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub.

Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi var.

Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR