Bank Of Baku

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 10 fevral 2011 13:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası 100 illik yubileyi çərçivəsində Bakının Nizami rayonunda yerləşən “Təbriz” kinoteatrında tədbir keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, müraciət bu gün yazılı şəkildə BŞİH-ə təqdim olunub.

Qeyd edək ki, Müsavat Partiyası fevralın 19-da 100 illik yubileylə bağlı planlaşdırdığı tədbiri keçirmək üçün “Təbriz” kinoteatrının rəhbərliyinə müraciət edib. “Təbriz” kinoteatrının direktoru isə Müsavat Partiyasının rəhbərliyinə BŞİH-ə müraciət etməyi məsləhət görüb.

Müsavat Partiyasının əsası Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Bakıda 1911-ci ildə qoyulub. Bu il partiyanın 100 yaşı tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR