Bank Of Baku

Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub

Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub
# 10 fevral 2011 13:53 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. APA-nın məlumatına görə, indiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşib. 2009-cu ildə yeni inzibati binanın inşasına başlanıb və tikinti 2010-cu ildə başa çatdırılıb.

Müasir avadanlıqla təchiz edilmiş binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağı var.

Dövlət başçısı yeni bina ilə tanış olub.

Prezident İ. Əliyevə yaxınlıqda yaradılmış Dövlət bayrağı meydanı haqqında da məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR