Bank Of Baku

Ombudsman AXCP Gənclər Komitəsinin üzvünün saxlanılması ilə bağlı baş prokurora müraciət edib

Ombudsman AXCP Gənclər Komitəsinin üzvünün saxlanılması ilə bağlı baş prokurora müraciət edib
# 10 fevral 2011 14:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Sumqayıt şəhər sakini T. Əliyeva fevralın 9-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, oğlu Cabbar Savalanlının barəsində Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) tərəfindən əsassız olaraq cinayət işinin başlandığını bildirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları həmin gün C. Savalanlının saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına gedərək, onunla görüşüb, təkbətək söhbət aparıblar.

C. Savalanlı 05.02.2011-ci il tarixdə Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulduğunu, tutularkən və saxlandığı müddət ərzində zorakılığa, kobud rəftara məruz qalmadığını bildirib. Eyni zamanda o, həmin polis idarəsində ilkin izahatlarının alınması zamanı törətmədiyi cinayət əməlini etiraf etməyi üçün psixoloji təzyiqlərə məruz qaldığını söyləyib.

Onun bədəninə keçirilmiş baxış zamanı hər hansı xəsarət izi aşkar olunmayıb.

Ombudsman respublika baş prokuroruna müraciət edərək, şikayətdə əks etdirilmiş halların yoxlanılaraq tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Qeyd edək ki, C. Savalanlı AXCP Gənclər Komitəsinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR