Azərbaycanda əksər siyasi partiyaların Nizamnaməsində eyni şəxsin bir neçə dəfə sədr seçilməsi ilə bağlı məhdudiyyət yoxdur
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı dörd ildən gec olmayaraq keçirilir. Partiyanın Nizamnaməsində eyni şəxsin neçə dəfə partiya sədri seçilməsi ilə bağlı məhdudlaşdırıcı müddəa yoxdur.
Müsavat Partiyasının qurultayları dörd ildə bir dəfə keçirilir. Bu partiyanın Nizamnaməsində isə eyni şəxsin iki dəfədən artıq partiya başqanı seçilməsinə icazə verilmir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizamnaməsinə görə, qurultaylar iki ildə bir dəfə keçirilməlidir (partiya bu məqama əməl etmir. Cəbhəçilər qurultay və qurultayqabağı konfransların keçirilməsi üçün yer verilmədiyini əsas gətirirlər-red.). AXCP-nin Nizamnaməsində eyni şəxsin neçə dəfə partiya sədri seçilməsi ilə bağlı müddəa yoxdur.
Azərbaycan Demokrat Partiyasının (ADP) Nizamnaməsində isə belə bir müddəa var: eyni şəxs iki dəfədən artıq sədr seçilə bilməz. ADP-nin qurultayları beş ildən bir keçirilir.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) qurultayları üç ildən tez olmamaq şərti ilə keçirilir. Bununla yanaşı, partiyanın Nizamnaməsində növbədənkənar qurultayların keçirilməsi ilə bağlı da ayrıca müddəa var. Eyni şəxsin neçə dəfə sədr seçilməsi ilə bağlı müddəa isə yoxdur.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayları üç ildən gec olmamaq şərti ilə keçirilir. Eyni şəxs iki dəfədən artıq AMİP sədri ola bilməz.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayları üç ildən gec olmamaq şərti ilə keçirilir. KXCP-nin Nizamnaməsində eyni şəxsin neçə dəfə sədr seçilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı dörd ildən bir keçirilir, eyni şəxsin neçə dəfə sədr seçilməsilə bağlı məhdudiyyət yoxdur.
Demokratik İslahatlar Partiyasının (DİP) qurultayları partiyanın Siyasi Şurası tərəfindən iki ildə bir dəfədən az olmayaraq çağırılır. Eyni şəxsin neçə dəfə sədr seçilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Eyni sözləri Ümid və Azərbaycan Liberal partiyaları haqqında da söyləmək olar: hər iki partiyada qurultaylar dörd ildən bir keçirilir və eyni şəxsin neçə dəfə sədr seçilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Mövzunu APA-ya şərh edən politoloq Hikmət Hacızadə bildirib ki, dünyada partiya sədrliyinə eyni şəxsin neçə dəfə seçilməsi ilə bağlı məhdudiyyət qoyulması praktikası yoxdur. Bu təcrübəyə az hallarda rast gəlinir: “Ümumiyyətlə, eyni şəxsin seçilməsi ilə bağlı təcrübə Amerikada XX əsrin ortalarından başlayıb. Bundan sonra həmin təcrübə yayılmağa başladı. Bu təcrübə əsasən dövlət strukturlarında rəhbər vəzifədə çalışan şəxslərlə bağlıdır. Ancaq dünya ölkələrində eyni şəxsin partiya sədri seçilməsi ilə bağlı məhdudiyyət yoxdur. Azərbaycanda isə bu ideyanı ilk olaraq Müsavat Partiyası ümumi demokratikləşmə prinsipi nöqteyi-nəzərindən irəli sürüb və tətbiq edib. Prinsipcə, Azərbaycan kimi ölkə üçün eyni şəxsin partiya sədri seçilməsi ilə bağlı məhdudiyyət lazımdır”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub