Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüş keçirib
Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik templə inkişaf etdiyini qeyd edərək, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi uğurlara imza atdığını bildirib. Nazir sabit sosial siyasətin nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişaf tendensiyasının müşahidə edildiyini diqqətə çatdırıb. O təəssüf hissi ilə bildirib ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub. Nazirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlanıb və bu istiqamətdə ciddi addımlar atılıb. "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" prezident İlham Əliyevin məlum fərmanına əsasən tikinti sahəsində dövlət nəzarətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin, hüquqi bazanın yaradılması istiqamətində də ciddi işlər görüldü, müəyyən normativ aktlar qəbul edilib. Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin layihəsi üzərində iş gedir və layihənin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur.
İclasa yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti təşkilatlarını və firmalarını respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırıb. Nazir, eyni zamanda, xəbərdar edib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin, materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub