Bank Of Baku

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti BQP sədri ilə görüşüb

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti BQP sədri ilə görüşüb
# 11 fevral 2011 09:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşüb. Bu barədə APA-ya BQP Ali Məclisinin sədri Əjdər Əliyev məlumat verib. Görüşdə Azərbaycanda demokratiyanın durumu, siyasi partiyaların vəziyyəti müzakirə olunub. F. Mustafa “İslahat” siyasi partiyalar bloku tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilmiş Konstitusiya islahatları paketi barədə qonaqları məlumatlandırıb.

Görüşdə ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Nosel (Nothell), ATƏT PA-da Avstriya daimi missiyasının rəhbəri Lukas Mussi və BQP Ali Məlsinin sədri Əjdər Əliyev də iştirak edib.

Qeyd edək ki, V. Qrossruk Azərbaycanda 7 noyabr 2010-cu ildə keçirilən parlament seçkiləri üzrə ATƏT-in qısamüddətli müşahidə missiyasına rəhbərlik edib.

ATƏT PA nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov, iqtidar və müxalifət partiyaların rəhbərləri ilə də görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR