Azərbaycanda aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri Milli Məclisdə müzakirə olunub
Deputat Əli Məsimli Şəkidə baş verən olaylara toxunaraq qanunsuz söküntü işlərinin aparılmasına son qoyulmasını, baş verən cinayət hadisəsinin səbəbkarlarına qarşı müvafiq tədbirlərin görülməsini təklif edib.
Millət vəkili İqbal Ağazadə isə təklif edib ki, Korrupsiya ilə mübarizə komissiyasına ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri də daxil edilsin. Bu öz növbəsində şəffaflığın təmin olunması və effektlilik baxımından önəmlidir.
Millət vəkili Fazil Mustafa da deputat həmkarlarının təklifini dəstəkləyib. Millət vəkili Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən hazırlanmış «Neft Fondu haqqında» qanun layihəsinin parlamentə təqdim olunduğunu və bu layihənin müzakirəyə çıxarılmasının vacibliyinə toxunub.
Deputat Qüdrət Həsənquliyev isə deyib ki, korrupsiya ilə mübarizə sahəsində atılan addımlar və prezidentin çıxışları əhali tərəfindən müsbət qarşılanır. Bu cür addımların təqdir olunmasının vacibliyinə toxunan millət vəkili bildirib ki, Milli Məclisdə bu sahədə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə müzakirənin aparılmasına ehtiyac var. Deputat Müdafiə Nazirliyi (MN) rəhbərliyinin Mübariz İbrahimovun “İlin adamı” elan olunması ilə bağlı tədbirdə iştirak etməli olduğunu da diqqətə çatdırıb. Q. Həsənquliyev, həmçinin vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də danışıb. Deputat spikerdən tanınmış vəkilin hüquqlarının müdafiəsinə kömək etməyi xahiş edib.
Millət vəkili Qənirə Paşayeva isə sonradan dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələrin gələn həftə Sosial siyasət komitəsinin iclasında müzakirə olunacağını vurğulayıb. Deputat şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılmasının vacibliyini, bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif edib.
Millət vəkili Fərəc Quliyev Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini təklif edib.
Sabir Rüstəmxanlı isə qeyd edib ki, BMT-nin Bakıdakı nümayəndəliyi İrandan gələn azərbaycanlılara qarşı süni maneələr yaradır. İrandan gələn azərbaycanlılar burada problemlərlə üzləşirlər.
Spiker Oqtay Əsədov isə deyib ki, dövlət başçısı ölkədə islahatların keçirilməsi barədə fikirlərini açıqlayıb və bu sahədə islahatlar davam etdiriləcək.
O. Əsədov Q. Həsənquliyevin MN rəhbərliyinin M. İbrahimovla bağlı tədbirdə iştirak etməməsi barədə dediklərinə də münasibət bildirib. Spiker “Müdafiə Nazirliyinin rəhbərliyi tədbirə dəvət olunsaydı, yəqin ki, iştirak edərdi” söyləyib.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb