Ötən il Azərbaycanda qanun pozuntularına yol verən 21 bələdiyyə üzrə cinayət işi başlanıb
Nazir müavini bildirib ki, ötən il görülmüş tədbirlər nəticəsində birləşmiş 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaiti, debitor və kreditor borcları müəyyən edilərək aktlaşdırılıb. Təhvil-təslim aktları tərtib edilib. Zəruri sənədlər yeni yaradılmış 569 bələdiyyəyə təhvil verilib. Bələdiyyə seçkiləri baş tutmamış 15 özünüidarə orqanları üzrə isə təhvil-təslim aparılmayıb. Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlar əsasən 11 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılıb və ciddi qanun pozuntuları aşkarlandığı üçün Baş Prokurorluğa göndərilib.
Ötən dövrdə 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyata alınıb, 1332 bələdiyyənin nizamnaməsi isə qüvvədən düşdüyünə görə dövlət reyestrindən çıxarılıb.
V. Zahirov qeyd edib ki, ötən il Ədliyyə Nazirliyində 26 635 bələdiyyə aktına baxılıb, bu aktlardan 25 363-ü qanunvericiliyə uyğun hesab edilib, 545 akta isə hazırda baxılır. Aktlardan 3-də cinayət xarakterli hüquq pozuntuları aşkar edilərək toplanan materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Ötən dövrdə görülmüş tədbirlər nəticəsində bələdiyyələr tərəfindən qanunsuz olaraq 79,07 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210,54 ha torpaq sahəsinin icarəyə, 27,85 ha torpaq sahəsinin isə istifadəyə verilməsi ilə bağlı qərarlar nazirliyin təklifi əsasında bələdiyyələr tərəfindən, ya da ərizələr əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə 3317,46 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Tərtib edilmiş 481 inzibati xəta protokolu əsasında 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən 1468 şikayət xarakterli müraciət daxil olub. Onlardan 1002-nə baxılaraq tədbirlər görülüb. Müraciətlərin 45-i inzibati qaydada araşdırılıb. Onlardan 24-ü üzrə materiallar Baş Prokurorluğa göndərilib. Ümumilikdə inzibati araşdırmalar zamanı fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş 27 bələdiyyə üzrə materiallar Baş Prokurorluğa göndərilib. Onlardan 21-i üzrə cinayət işi başlanılıb. Aşkar edilmiş pozuntular əsasən torpaq sahələrinin qanunsuz satışı və pul vəsaitlərinin düzgün xərclənməməsi ilə bağlı olub. Korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində isə 2010-cu ildə Ədliyyə Nazirliyinə 39 müraciət daxil olub, ki onlardan 27-si inzibati qaydada araşdırılıb, 12-si isə dərhal prokurorluq orqanlarına göndərilib, onlardan 2-si üzrə cinayət işi başlanılıb.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb