Bank Of Baku

Azərbaycanın müxalifət partiyalarının liderləri arasında görüş keçirilib

Azərbaycanın müxalifət partiyalarının liderləri arasında görüş keçirilib
# 11 fevral 2011 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iştirak edib.

Müzakirələrdə ərəb ölkələrində baş verən son hadisələr, Azərbaycandakı ictimai-siyasi durum, müxalifətin birgə əməkdaşlığı və digər məsələlər müzakirə edilib. Həmçinin, İctimai Palata ilə Qarabağ və Respublika Uğrunda Hərəkatın əməkdaşlığı da müzakirə edilən mövzular sırasında olub.

Dörd saata qədər davam edən müzakirələrdə konkret razılaşma əldə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR