Bank Of Baku

YAP icra katibinin müavini: ““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işləmirik”

YAP icra katibinin müavini: ““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işləmirik”
# 11 fevral 2011 13:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işləmir. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, “Siyasi partiyalar haqqında” qanunla bağlı müxtəlif partiya nümayəndələrinin, o cümlədən YAP funksionerlərinin təklifləri, çağırışları səsləndirilsə də, bu, Milli Məclisin səlahiyyətinə aid məsələdir: “Əgər bu mövzuya qayıdılarsa, biz də həmin müzakirələrdə iştirak edərik. Ancaq mən hesab edirəm ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Azərbaycanda siyasi prosesləri lazımi səviyyədə tənzimləməyə qadir olan qanundur. Bir daha deyirəm ki, bizim tərəfimizdən belə bir qanun layihəsi hazırlanmır”.

Xatırladaq ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqında” qanun 1992-ci ildə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR