Bank Of Baku

Milli Məclis bir neçə dövlətlərarası sənədi təsdiqləyib

Milli Məclis bir neçə dövlətlərarası sənədi təsdiqləyib
# 11 fevral 2011 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin iclasında bir neçə dövlətlərarası sənəd təsdiq olunub. APA-nın məlumatına görə, öncə Azərbaycan və Ukrayna prezidentlərinin birgə Bəyannaməsi təsdiqlənib. Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokol və “Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında” Saziş layihəsi müzakirəyə çıxarılaraq təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR