Milli Məclis bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni təsdiqləyib
Deputat Qüdrət Həsənquliyev bələdiyyələrə olan münasibətin dəyişməsini, Türkiyədə olduğu kimi, onlara əlavə səlahiyyətlərin verilməsini təklif edib. Millət vəkili bildirib ki, bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi əvəzinə, onların zibil yığmaq səlahiyyətləri də əllərindən alınıb. Q. Həsənquliyev bələdiyyələrə dövlət tərəfindən maliyyə yardımlarının artırılmasına da vacib sayıb.
Millət vəkili Fəzail Ağamalı da bəzi rayonlarda icra hakimiyyəti başçılarının bələdiyyələrin fəaliyyətinə müdaxilələr etdiklərini deyib. Deputat onu da vurğulayıb ki, rayonlarda bələdiyyələr icra başçısından xəbərsiz və icazəsiz torpaq sata bilməzlər. Bununla yanaşı, o, bələdiyyələrin çoxlarının öz vəzifələrini və hüquqlarını bilmədiklərini deyib.
«Elektron bələdiyyə» layihəsinin başlanmasını dəstəkləyən deputat Azay Quliyev isə növbəti ilin hesabatlarında bələdiyyələrin seçicilər qarşısında hesabat verməsinə də aydınlıq gətirilməsini təklif edib. Deputat bələdiyyələrin informasiya-məlumat resurslarına çıxışı imkanlarının artırılmasını önəmli saydığını açıqlayıb.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında bildirib ki, bu gün bələdiyyələr kiçik toplantı şəklində öz aralarında biri-birinə hesabat verirlər: “Əslində bu 2-3 nəfərə yox, geniş şəkildə bütün ictimaiyyətə verilməlidir. Bu hesabatın formaları artıq qanunvericilikdə mövcuddur. Təəssüf ki, çox az bələdiyyələrin bu formalar haqqında təsəvvürü var. Çox yaxşı olardı ki, Milli Məclis qanunvericilik əsasında bələdiyyələrdən hesabat tələb etsin. Bələdiyyələrin fəaliyyətinin güclənməsində ən vacib amil büdcə məsələsidir. Bəzi məsələlər öz həllini tapsa, bələdiyyələrin büdcəsinə təsir edər”.
MM-in vitse-spikeri Bahar Muradova isə bələdiyyələrə büdcədən vəsait ayrılmasına tərəfdar olduğunu deyib. B. Muradova daha sonra qeyd edib ki, bələdiyyələr onlara verilən səlahiyyətlərdən istifadə etməlidir: “Bələdiyyələr qrant ala bilər. Bəlkə dövlət tərəfindən QHT-lər kimi, bələdiyyələr də müəyyən formada maliyyələşdirilsin?»
Sonda ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların suallarını cavablandırıb. Məruzə səsə qoyularaq 105 nəfər lehinə olmaqla təsdiq edilib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub