Bank Of Baku

“Ərəb dünyasında baş verən inqilablara Azərbaycan gəncliyinin münasibəti” mövzusunda dəyirmi masa keçirilib.

“Ərəb dünyasında baş verən inqilablara Azərbaycan gəncliyinin münasibəti” mövzusunda dəyirmi masa keçirilib.
# 11 fevral 2011 15:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə “Ərəb dünyasında baş verən inqilablara Azərbaycan gəncliyinin münasibəti” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, VHP Gənclər Təşkilatının sədri Emil Bağırov Misir və digər ərəb ölkələrində baş verən siyasi proseslərdən söhbət açıb və iştirakçıları bu hadisələrə münasibət bildirməyə çağırıb.

Ümid Partiyası Gənclər Təşkilatının sədri Xalid Abbasov deyib ki, ərəb ölkələrində baş verənlər vətəndaşların ölkələrindəki haqsızlıqlara etirazıdır: “Bu, Avropaya ismarış olduğu kimi, Azərbaycana da ismarışdır”.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Milli Demokrat Partiyası Gənclər Təşkilatının sədri Əşrəf Elatlı, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun sədri Ağrı Qaradağlı, “Hədəf ” Gənclər Təşkilatının sədri Ağasif Şakiroğlu və digərləri də çıxışlarında son hadisələrdən sonra ərəb ölkələrində demokratik cəmiyyətin bərqərar olacağına ümid bəslədiklərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR