Bank Of Baku

Azərbaycan Milli Məclisi İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarə edilməsi ilə bağlı bir sıra əlavə və dəyişikliklər edib

Azərbaycan Milli Məclisi İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarə edilməsi ilə bağlı bir sıra  əlavə və dəyişikliklər edib
# 11 fevral 2011 15:21 (UTC +04:00)
APA-nın məlumatına görə, əlavə və dəyişikliklər bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq qəbul olunub. Layihəyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotprop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edənlər 5 balla cərimə olunacaq. Sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulduqda 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçıran sürücülərin hərəkəti isə 5 balla qiymətləndiriləcək.
Digər dəyişiklik isə dayanacaqlarda saxlama ilə bağlıdır. Belə ki, məcəlləyə edilən dəyişikliklərə əsasən, nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan dayanacağında saxlanılmalıdır. Dayanma və durma qaydalarını pozduğu üçün avtomobili müvafiq icra hakimiyyəti orqanının duracağına gətirilən sürücü inzibati cəriməni, nəqliyyat vasitəsini duracağa gətirilməsi və orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə qəbz veriləcək və nəqliyyat vasitəsi sürücüyə qaytarılacaq.
Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti bitdikdə sürücülük vəsiqəsi iki halda sürücüyə qaytarılır: nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız həmin müddət bitdiyi gün.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR