Bank Of Baku

YAP-ın sədr müavini ATƏT PA vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

YAP-ın sədr müavini ATƏT PA vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - <font color=red>FOTO </font>
# 11 fevral 2011 15:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT PA-nın vitse-prezidenti deyib ki, prezident İlham Əliyevin Azərbaycanın daha da inkişafı naminə praqmatik proqramının uğurla həyata keçirilməsində parlament seçkilərinin qalibi kimi Yeni Azərbaycan Partiyasının üzərinə böyük vəzifələr düşür: “Biz özümüzü çox sürətli inkişaf edən Azərbaycanın dostları hesab edirik. Səfərimizin də məqsədi mövcud olan əməkdaşlıq münasibətlərini daha da dərinləşdirməkdən ibarətdir”.

Ə. Əhmədov isə Azərbaycanla ATƏT PA arasında səmimi və səmərəli əməkdaşlıq münasibətlərinin tərəflər üçün faydalı olduğunu söyləyib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

Görüşdə parlament seçkilərinin nəticələri, gələcək əməkdaşlıq, ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR