Bank Of Baku

Musa Yaqub İctimai Palataya üzv olmaq üçün quruma müraciət edib

Musa Yaqub İctimai Palataya üzv olmaq üçün quruma müraciət edib
# 11 fevral 2011 15:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə APA-ya İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, AMİP-in qərargahında keçirilmiş toplantıda ölkədə və dünyadakı ictimai-siyasi vəziyyət müzakirə olunub. Tanınmış vəkil Osman Kazımovun Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması pislənib və polis tərəfindən saxlanılmış AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının azadlığa buraxılması tələb olunub.

İclasda məlumat verilib ki, Xalq şairi Musa Yaqub İctimai Palataya üzv olmaq üçün Koordinasiya Şurasına müraciət edib. Onun müraciətinə İP-nin fevralın 26-da keçiriləcək sessiyasında baxılması qərara alınıb.

Aparılan müzakirələrdən sonra qərara gəlinib ki, İctimai Palatanın regoinal mərkəzləri yaradılsın. Eyni zamanda Korrupsiya ilə mübarizə, Konstitusiya və Hüquqi məsələlər komissiyalarının yaradılması haqqında da qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR